"Lester Siti"nin hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasının 35-ci turunun "Sauthempton"la qarşılaşmasında baş hakim Devid Uebbin zədələnməsindən sonra oyunu dayandırıb.

Matc.az xəbər verir ki, "tülkülər"in forvardı yerə yıxılan hakimin yanına gedib və onun fitini çalaraq oyunu dayandırıb.

Vardinin də fərqləndiyi görüşdə "Lester Siti" iki cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, Vardi 2012-ci ildən "Lester"də oynayır. "Tülkülər"lə birlikdə ingilis hücumçu Çempionşipdən İngiltərə Premyer Liqasına yüksəlib. 2015/2016 mövsümündə isə "Lester"in İngiltərə çempionluğunu qazanmasına kömək edib və Premyer Liqada mövsümün oyunçusu seçilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest