"Kluba hörmətim var və mayın 25-dək gələcək haqqında danışmayacağam".

"Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunda gələcəyini müzakirə etməyə nə vaxt hazır olacağını deyib.

Matc.az xəbər verir ki, 65 yaxşı italiyalı mütəxəssis bu barədə "Selta" ilə oyun öncəsi baş tutan mətbuat konfransında açıqlama verib.

"Düzünü desəm, mən Real Madridi, oyunçuları və azarkeşləri çox sevirəm. Kluba hörmətim var və mayın 25-dək gələcək haqqında danışmayacağam.

Hazırkı vəziyyəti düşünürük və indi La Liqada qələbə üçün mübarizə aparmaq istəyirik. Komanda başqa heç nə düşünmür. Son vaxtlar çoxlu zədələrimiz olub, amma biz yaxşı komanda yarada bilərik və "Selta"ya qalib gələ bilərik".

Qeyd edək ki, "Real" "Selta" ilə La Liqanın 34-cü turu çərçivəsində sabah qarşılaşacaq. Görüşün start fiti saat 16:00-da veriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest