03 May 2025, 18:21
FUTBOL
"Lids" çempionatın 46-cı turunda səfərdə "Plimut"u 2:1 hesabı ilə məğlub edərək Çempionşipin qalibi olub.
Matc.az xəbər verir ki, Daniel Farkenin yetirmələri əlavə göstəricilərə görə "Bernli"ni (100 xal) qabaqlayaraq, İngiltərə ikinci divizionunun turnir cədvəlində 1-ci yerə yüksəlmək üçün 100 xalı təmin edib.
Qeyd edək ki, "Lids" cari mövsüm 29 qalib qalibiyyət əldə edib, 13 dəfə heç-heçəyə razılaşıb və 4 dəfə məğlub olub.
"Lids" sonuncu dəfə 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edib. 31 xal toplayan komanda mövsümü 19-cu pillədə başa vurub.