"Şəxsən mənim üçün çox vacib oyundu. İnanıram ki, şəxsən mənim, komanda yoldaşlarım, klub və azarkeşlər üçün kuboku evə gətirəcəyik. Düşünürəm ki, "Arsenal" çox aqressiv oynayacaq".

"Bu cür oyun bir insan və futbolçu kimi inkişafa kömək edir". Matc.az xəbər verir ki, bunu "Çelsi"nin futbolçusu Emerson Palmeri deyib.

İtaliya millisinin üzvü klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının Bakıda "Arsenal"a qarşı keçiriləcək oyunu barədə fikirlərini bildirib.

25 yaşlı sol cinah müdafiəçisi kuboku qazanmaq istədiklərini söyləyib: "Şəxsən mənim üçün çox vacib oyundu. İnanıram ki, şəxsən mənim, komanda yoldaşlarım, klub və azarkeşlər üçün kuboku evə gətirəcəyik. Düşünürəm ki, "Arsenal" çox aqressiv oynayacaq. Çünki onlar Premyer Liqada ilk "4-lüy"ə düşə bilməyiblər. Ancaq Çempionlar Liqasına vəsiqədən sonra Avropa Liqasını da qazanmaq bizim üçün əla olar. Ümid edirəm ki, bu, baş verəcək".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşması saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest