"Fənərbaxça" klubu UEFA tərəfindən cəzalandırılacaq. Qurum Türkiyə klubunun şərtlərə əməl etmədiyini açıqlayıb. İstanbul nəhəngi 2018-19 mövsümü üçün "başabaş büdcə" tələblərini yerinə yetirməyib.

"Fənərbaxça" klubu UEFA tərəfindən cəzalandırılacaq. Matc.az xəbər verir ki, qurum rəsmi saytı vasitəsilə Türkiyə klubunun şərtlərə əməl etmədiyini açıqlayıb.

Məsələ burasındadı ki, İstanbul nəhəngi 2016-cı ildə UEFA ilə imzaladığı Maliyyə Feyr-Pley anlaşması sonrası 2018-19 mövsümü üçün "başabaş büdcə" tələblərini yerinə yetirməyib. Bu üzdən İstanbul nəhəngini cəza gözləyir. UEFA bununla bağlı qərarını qarşıdakı həftələrdə açıqlayacaq.

Türkiyə çempionu "Qalatasaray" isə qurumla olan sözləşməsinə əməl edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest