İlk set millimizin qələbəsi ilə yekunlaşıb. Amma komandamızın bundan artığına gücü çatmayıb. Ardıcıl 3 setdə daha yaxşı çıxış edən rumınlar 3:1 hesablı qələbəyə seviniblər.

Kişi voleybolçular arasında təşkil olunan Gümüş Avropa Liqası start götürüb. Matc.az xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan yığması ilk oyununu keçirib. Millimiz I tur çərçivəsində Rumıniyanı qəbul edib.

İlk set millimizin qələbəsi ilə yekunlaşıb. Amma komandamızın bundan artığına gücü çatmayıb. Ardıcıl 3 setdə daha yaxşı çıxış edən rumınlar 3:1 hesablı qələbəyə seviniblər.

Voleybolçularımız növbəti oyunlarını mayın 29-da səfərdə Gürcüstana qarşı keçirəcək.

Gümüş Avropa Liqası
B qrupu
I tur

Azərbaycan - Rumıniya - 1:3 (25:23, 21:25, 18:25, 22:25)
Hakimlər: Vlastimol Kovar (çexiya), Konstantin Selin (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

Qeyd edək ki, qrupumuzun digər oyunda Danimarka Gürcüstana qalib gəlib - 3:0 (25:20, 25:20, 25:12).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest