Avropa Liqasındakı Azərbaycan təmsilçisi "Qarabağ"ın ən yaxşıları isə liderlərdən çox-çox uzaqdı. Aktivində 1046 xal olan Abdullah Zubir 341-ci yerdədi.

Avropa Liqasının III turu ərəfəsində turnirdə çıxış edən futbolçuların fərdi reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, yarışın ən yaxşı formada olan oyunçusu Kay Havertsdi.

"Bayer"in futbolçusunun əmsalı 4774-dü. "Zalsburq"un üzvü Munas Dabbur 4505 xalla 2-cidi. İlk "üçlüy"ü "çelsi"li Villian qapayır – 4322 xal.

Avropa Liqasındakı Azərbaycan təmsilçisi "Qarabağ"ın ən yaxşıları isə liderlərdən çox-çox uzaqdı. Aktivində 1046 xal olan Abdullah Zubir 341-ci yerdədi. 622 xallı Qara Qarayev 531-ci, 508 xala malik Donald Gerye 585-ci yerdə qərarlaşıb.

Ən yaxşı Azərbaycan futbolçusu isə Qazaxıstan "Astana"sındakı təmsilçimiz Riçard Almeydadı. O, 726 xalla 483-cüdü. Qara 2-cidisə, 3-cü sırada Abbas Hüseynovdu. 179 xala malik müdafiəçi Avropa Liqasının 750-cisidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest