"Qalatasaray" baş məşqçi Fatih Terimlə yeni müqavilə imzalayıb. Matc.az saytının məlumatına görə, "cimbom" ardıcıl iki mövsüm çempionluq qazanadıran çalışdırıcı ilə yeni anlaşmanı 5 illik nəzərdə tutub.

ötən gün "Türk Telekom Arena"da azarkeşlərin qarşısında keçirilən çempionluq mərasimində təcrübəli mütəxəssislə müqavilə də imzalanıb.

Qeyd edək ki, "Qalatasaray" bu mövsüm Fatih Terimin rəhbərliyi ilə həm Super Liqanın, həm də Türkiyə Kubokunun qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest