"Marsel"də gözlənilən ayrılıq baş tutub. Matc.az saytının məlumatına görə, italiyalı hücumçu Mario Balotelli komandadan ayrılıb.

Bu barədə Mario özü instaqram səhifəsindən açıqlama verib. O, klub və azarkeşlərlə vidalaşıb: "Burada keçirdiyim möhtəşəm 5 aya görə hamıya minnətdaram. İstəyimizə nail olmasaq belə, klub rəhbərliyinə, məşqçilərə təşəkkür edirəm. ümid edirəm ki, tezliklə görüşəcəyik".

Qeyd edək ki, bu ilin yanvarından "Marsel"də çıxış edən 28 yaşlı forvard 15 oyuna 8 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest