"Qalatasaray"ın transfer siyahısında olan Rayan Babel maraqlı açıqlama ilə çıxış edib. Matc.az saytının məlumatına görə, "Fulhem"dən ayrılmağı planlaşdıran hollandiyalı yarımmüdafiəçi türk azarkeşlər tərəfindən hədə-qorxuya hədəf olduğunu deyib.

Belə ki, 2017-2019-cu illərdə "Beşiktaş"da çıxış etmiş, bu ilin yanvarında isə Premyer Liqaya yollanmış oyunçu ilə "Qalatasaray" ciddi maraqlanır. Hollandiyalı da yenidən Türkiyəyə qayıtmağın əleyhinə deyil. Amma bu vəziyyət "Beşiktaş" azarkeşlərinin xoşuna gəlməyib.

Onlar Babeli "Qalatasaray"a keçəcəyi təqdirdə hətta öldürməklə hədələyiblər: "Sosial mediada çox ciddi narazılıqlarla qarşılaşdım. ölümlə belə hədələdilər. Bir sonrakı addımımın həssas olacağını bilirəm, amma bunu edəcək ilk adam mən deyiləm. İnsanlar bu vəziyyəti şəxsiləşdirməməlidirlər. "Qalatasaray"a getmək, keçmiş komandam "Beşiktaş"ı narahat etmək demək deyil".

Qeyd edək ki, "Beşiktaş"da çıxış etdiyi müddətdə 62 oyun keçirən Babel 22 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest