İspaniya Sequndasında XL turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Alkorkon" da növbəti oyununu keçirib.

Sözügedən komanda səfərdə "Almeriya" ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.

Qarşılaşmaya start heyətində başlayan Eddi 47-ci dəqiqədə komanda yoldaşı ilə əvəzlənib.

Qeyd edək ki, 40 oyundan sonra aktivində 52 xal olan "Alkorkon" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest