İtaliya A seriyasında 2018/19 mövsümünə yekun vurulub. Matc.az saytının məlumatına görə, son oyun günündə 8 qarşılaşma keçirilib.

çempionluğu təmin etmiş "Yuventus" səfərdə "Sampdoriya"ya uduzub – 0:2.

Əsas mübarizə çempionlar Liqasına vəsiqə uğrunda gedib. "Napoli" ikinci pilləni çoxdan təmin etdiyindən 3 və 4-cü yerlərin sahiblərinin adına aydınlıq gəlməsi son tura qalmışdı.

Milan şəhərinin iki komandası – "İnter" və "Milan"la yanaşı "Atalanta" da vəsiqəyə iddialı idi.

Qiyabi mübarizənin qalibləri isə "İnter" və "Atalanta" oldu.

Mövsümün yekunlarına görə, çempion "Yuventus"la yanaşı, "Napoli", "Atalanta" və "İnter" İtaliyanı UEFA çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

"Milan", "Roma", eləcə də İtaliya kubokunun qalibi olan "Latsio" Avropa Liqasında mübarizə aparacaq.

Son üç pillədə qərarlaşan "Empoli", "Frozinone" və "Kyevo" isə elita ilə vidalaşmaq məcburiyyətində qalıb.

İtaliya A Seriyası

XXXVIII tur

26 may

"Torino" – "Latsio" – 3:1

Falke, 51. Lukiç, 53. De Silvestri, 80 – İmmobile, 66.

"Sampdoriya" – "Yuventus" – 2:0

Defrel, 84. Kaprari, 90.

"Roma" – "Parma" – 2:1

Pelleqrini, 35. Perotti, 89 – Jervinyo, 86.

"Atalanta" – "Sassuolo" – 3:1

Sapata, 35. P.Qomes, 53. Paşaliç, 65 – Berardi, 19.

"Kalyari" – "Udineze" – 1:2

Pavoletti, 17 – Halfredsson, 59. De Mayo 69.

"Fiorentina" – "Cenoa" – 0:0

"İnter" – "Empoli" – 2:1

Balde, 51. Naynqqolan, 81 – Traore, 76.

SPAL – "Milan" – 2:3

Vikari, 28. Fares, 53 – H.çalhanoğlu, 18. Kessye, 23; 66 (pen.)

 

1.

Yuventus

38

28

6

4

70:30

90

2.

Napoli

38

24

7

7

74:36

79

3.

Atalanta

38

20

9

9

77:46

69

4.

İnter

38

20

9

9

57:33

69

5.

Milan

38

19

11

8

55:36

68

6.

Roma

38

18

12

8

66:48

66

7.

Torino

38

16

15

7

52:37

63

8.

Latsio

38

17

8

13

56:46

59

9.

Sampdoriya

38

15

8

15

60:51

53

10.

Bolonya

38

11

11

16

48:56

44

11.

Sassuolo

38

9

16

13

53:60

43

12.

Udineze

38

11

10

17

39:53

43

13.

SPAL

38

11

9

18

44:56

42

14.

Parma

38

10

11

17

41:61

41

15.

Kalyari

38

10

11

17

36:54

41

16.

Fiorentina

38

8

17

13

47:45

41

17.

Cenoa

38

8

14

16

39:57

38

18.

Empoli

38

10

8

20

51:70

38

19.

Frozinone

38

5

10

23

29:69

25

20.

Kyevo

38

2

14

22

25:75

17

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest