"Çelsi" Avropa Liqasının final oyunu öncəsi ciddi problemlə üzləşib. Yarımmüdafiəçi Nqolo Kante Bakıdakı qarşılaşmanı buraxa bilər. 28 yaşlı orta sahə oyunçusu məşq zamanı dizindən xəsarət alıb.

"çelsi" Avropa Liqasının final oyunu öncəsi ciddi problemlə üzləşib. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Nqolo Kante Bakıdakı qarşılaşmanı buraxa bilər.

Məsələ burasındadı ki, komandanın aparıcı oyunçularından olan 28 yaşlı orta sahə oyunçusu məşq zamanı dizindən xəsarət alıb. Bir müddət əvvəl baldır nahiyəsindən zədələnən Fransa millisinin üzvünün budəfəki zədəsinin daha ciddi olmaq ehtimalı var. Doğrudu, "zadəganlar" onu Bakıya gətirəcək. Lakin Kantenin "Arsenal"la görüşdə iştirakı sual altındadı.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest