"Əsas məsələ qələbə qazanmaq yox, onun uğrunda mübarizə aparmaqdı. İngiltərə Liqa Kubokunda titula çox yaxın idik, amma penaltilər seriyasında uduzduq. Sabah isə çalışacağıq qələbə qazanaq".

"Hər şey gərgin işləməkdən asılıdı. Sarri elə şəxsdi ki, futbola güclü ehtirası var. Bizdə də inam yaradıb. Hər şey özümüzdən asılıdı. özümüzə inanırıq". Matc.az xəbər verir ki, bu sözlər "çelsi"nin müdafiəçisi David Luizə məxsusdu.

Braziliya yığmasının üzvü Avropa Liqasının finalında "Arsenal"la sabah keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

- "çelsi"nin sabiq ulduzu Maykl Essyen hazırda Azərbaycanda çıxış edir. Bununla bağlı onunla danışmısız?

- Onunla ölkə və şəhər haqda danışmışıq. Burda olmaqdan həzz alırıq.

- "Arsenal"ın baş məşqçisi dedi ki, "çelsi" artıq çL-ə vəsiqə qazandığı üçün onlarda təzyiq bizdən daha azdı...

- Hər iki komandanın üzərində böyük təziyq var. Avroliqa özü böyük yarışdı və hamı bunu qazanmaq istəyir.

- "çelsi"də neçə ildi oynayırsız. Əgər nəsə qazanmasanız, bu mövsümü uğursuz hesab eləmək olar?

- Əsas məsələ qələbə qazanmaq yox, onun uğrunda mübarizə aparmaqdı. İngiltərə Liqa Kubokunda titula çox yaxın idik, amma penaltilər seriyasında uduzduq. Sabah isə çalışacağıq qələbə qazanaq.

- Sarri dedi ki, fevraldan sonra komandada müəyyən dəyişiklik oldu. Bu necə baş verdi?

- Həyatda nəyisə dəyişmək istəyirsənsə, bunu anlamaq lazımdı. Biz də bunu başa düşdük və sirrimiz budu. Komanda güclüdü və titula layiqdi. Amma dayanmadan işləməliyik və yeni hədəflərə getməliyik. Yalnız ağıllı insanlar dəyişə bilərlər.

- İki London komandası Bakıda mübarizə aparacaq. Qələbə qazansanız karyeranız üçün nə dərəcədə önəmli olacaq?

- Böyük oyun, yaxşı final olacaq. Biz burda tarix yazacağıq. Hamı qalib haqda danışacaq. Və istəyirik ki, bunu "çelsi" qazansın.

- "Qarabağ"a qarşı bu stadionda oynamışdınız. Necə xatırlayırsınız?

- Möhtəşəm stadionda əla oyun olmuşdu. Hər şey gözəl xatirimdədi. Yaxşı təəssüratlarım var.

- Oyunun gec saatlarda olması sizin üçün çətin olmayacaq?

- Düşünürəm ki, gec olması bizim üçün adaptasiya baxımından daha yaxşıdı. Amma burda yaşayan azarkeşlər üçün matçın saat 11-də olması daha çətindi, nəinki bizim üçün.

- "Arsenal" artıq çempionluq mərasimi üçün hazırlıqlar barədə məlumat verib. Bu barədə nə deyə bilərsiniz?

- Bu, normal haldı. Hər komanda pozitiv düşünür.

Zaur XUDİYEV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest