Sabah Avropa Liqasının qrup mərhələsində I dövrəyə yekun vurulacaq. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da III turun oyununa çıxacaq

Sabah Avropa Liqasının qrup mərhələsində I dövrəyə yekun vurulacaq. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da III turun oyununa çıxacaq.

Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz öz meydanında Ukraynanın "Vorskla" klubu ilə görüşəcək. Bakı Olimpiya Stadionundakı görüş E qrupunun autsayderlərinin dueli olacaq.

İlk iki qarşılaşmada uduzan komandalar meydana qələbə üçün çıxacaq. Bu matçdakı xal itkisi növbəti mərhələ şanslarını minimuma endirə bilər.

Qrupda ikinci ev oyununu keçirən "Qarabağ" üçün qələbə daha vacibdi. "Arsenal" və "Sportinq"lə duellərdə həm xal, həm qola həsrət qalan Qurban Qurbanovun yetirmələri mütləq qalib gəlməlidi. Buna görə də komanda ilk qol və ilk xallar üçün mübarizə aparacaq.

çünki iki həftədən sonra Ukraynaya səfər edəcək "Qarabağ" 1/16 final arzusunu çətinə sala bilər. Bunun gerçəkləşməsi üçün "Vorskla"dan 6 xal almağa çalışacaq təmsilçimiz ardıcıl qələbələrə Bakıda start verməlidi.

Qeyd edək ki, E qrupunda turun digər oyununda "Sportinq" "Arsenal"ı qəbul edəcək.

Avropa Liqası

Qrup mərhələsi, E qrupu

III tur, 25 oktyabr

20:55. "Qarabağ" (Azərbaycan) – "Vorskla" (Ukrayna)

Baş hakim: Roi Reinshreiber

Baş hakimin köməkçiləri: Danny Krasikou, David Elias Bitton

Dördüncü hakim: Amihay Yehoshua Mozes

Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan

(Hakimlər briqadası İsraildəndir)

Hakim-inspektor: Sergey Zuev (Rusiya)

UEFA nümayəndəsi: Kazimierz Oleszek (Polşa)

Bakı Olimpiya Stadionu

1

Arsenal

2

2

0

0

7-2

6

2

Sportinq

2

2

0

0

4-1

6

3

Vorskla

2

0

0

2

3-6

0

4

Qarabağ

2

0

0

2

0-5

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest