"Vilyarreal"ın hücumçusu Tierno Barri karyerasını İngiltərədə davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Everton" 22 yaşlı futbolçunun keçidini həll edib. Premyer Liqa klubu Fransa U-21 millisinin sabiq üzvü üçün qarşı tərəfə 35 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Tierno Barri ötən mövsüm "Vilyarreal"ın heyətində keçirdiyi 37 oyunda 11 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest