03 İyul 2025, 11:57
FUTBOL
"Benfika"nın yarımmüdafiəçisi Orkun Kökçü Türkiyə Super Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Qalatasaray" türk futbolçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi 24 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürmək üçün Portuqaliya klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Orkun Kökçü ötən mövsüm "Benfika"nın heyətində keçirdiyi 55 oyunda 12 qol vurub, 10 qol ötürməsi edib.