"Portu"nun qapıçısı Dioqo Koşta karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə BBC televiziyası məlumat yayıb.

"Mançester Siti" portuqaliyalı qolkiperi transfer etmək istəyir. "Şəhərlilər" 25 yaşlı "əlcək sahibi" üçün 75 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Dieqo Koşta "Portu"nun yetirməsidir. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest