03 İyul 2025, 16:32
FUTBOL
"Benfika"nın müdafiəçisi Antonio Silva Səudiyyə Ərəbistanından aldığı cəlbedici təklifi qəbul etməyib.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
"Əl-Hilal" portuqaliyalı futbolçuya illik 7 milyon avro maaş, "Benfika"ya isə 45 milyon avro təzminat ödəməyi təklif edib. Lakin 21 yaşlı mərkəz müdafiəçisi Avropada qalmaq istəyib və ərəblərin təklifini geri çevirib.
Qeyd edək ki, Antonio Silva "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvünün Lissabon klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.