03 İyul 2025, 09:52
MPL
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Macarıstanın "Pakş" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Avstriyada təlim-məşq toplanışında olan "Sabah" bu gün ikinci yoxlama oyununu keçirəcək.
Matc.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Macarıstanın "Pakş" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
"Sabah" Avstriyada keçirdiyi ilk yoxlama matçında Rumıniyanın "Rapid" klubu ilə 2:2 hesablı heç-heçə edib.
Qeyd edək ki, "Sabah" Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın "Çelye" klubu ilə qarşılaşacaq. Oyunlar 10-17 iyul tarixlərində keçiriləcək.