"Arsenal"dan ayrılan Tomas Parti Türkiyə Super Liqasında çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" qanalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. İstanbul klubu 32 yaşlı oyunçu ilə danışıqlara başlayıb.

Parti "Fənərbaxça"dan 3 illik müqavilə və illik 6 milyon avro maaş tələb edib. Klub hələ ki, təcrübəlli futbolçuya cavab verməyib.

Qeyd edək ki, Tomas Parti ötən mövsüm "Arsenal"ın heyətində keçirdiyi 42 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest