04 İyul 2025, 12:56
FUTBOL
"Fənərbaxça"dan ayrılan Brayt Osayi-Samuelin yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, nigeriyalı müdafiəçi İngiltərədə oynayacaq.
Osayi-Samuel "Birmingem"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Brayt Osayi-Samueı ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 39 oyunda 2 qol ötürməsi edib.