"Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Aston Villa" türk futbolçunu transfer etmək istəyir. "Beşiktaş" 19 yaşlı forvard üçün 15 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Semih Kılıçsoy ötən mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 46 oyunda 4 qol vurub, 6 qqol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest