"Lill"dən ayrılan Conatan Devid "Yuventus"la anlaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kanadalı hücumçu artıq İtaliyadadır. 25 yaşlı forvard tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Conatan Devid ötən mövsüm "Lill"in heyətində keçirdiyi 49 oyunda 25 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest