"Roma"nın və Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov "Başakşəhər"ə keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.

Bildirilir ki, forvardın transferi son mərhələdədir. Türkiyə klubu futbolçuya 3 mövsümlük müqavilə təklif edib.

Potensial transfer məbləği açıqlanmasa da, "Transfermarkt" portalı futbolçunu 5 milyon avro qiymətləndirir.

Ötən mövsüm Şomurodov "Roma"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, "Roma" digər hücumçusu Tammi Abrahamı "Beşiktaş"a icarəyə göndərib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest