04 İyul 2025, 00:55
FUTBOL
"Çelsi" "Borussiya"nın futbolçusu Ceymi Gittensin transferində anlaşıb.
Matc.az xəbər verir ki, bu barədə alman klubunun məlumat xidməti məlumat yayıb.
Tərəflər bu məsələdə prinsipial razılığa gəliblər. Müqavilənin detalları hələ də müzakirə olunur.
Transferin məbləği hələ açıqlanmayıb. İyunun əvvəlində "Çelsi" 20 yaşlı yarımmüdafiəçi üçün 42 milyon avro təklif etsə də, Dortmund klubu 70 milyon avroda israr edərək, bu təklifi rədd edib.
Qeyd edək ki, İngiltərə U-21 millisinin üzvü olan Gittens ötən mövsüm "Borussiya"nın heyətində keçirdiyi 49 oyunda 12 qol vurub, 5 qol ötürməsi edib.