04 İyul 2025, 12:40
FUTBOL
"Əl-Şəbab"ın yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini İmanol Alquasil çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İmanol Alquasilin son iş yeri "Real Sosyedad" olub. "Əl-Şəbab" isə Fatih Terimlə yollarını ayırıb.