"Sabah" bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstan "Pakş"ı ilə üz-üzə gəlib.

Qarşılaşma 3:3 hesablı nəticə ilə başa çatıb.

"Sabah"ın heyətində qolları Abdulla Xaybulayev və Neqoş Kupusoviç (dubl) vurublar. 

Qeyd edək ki, "Sabah" 4 gün əvvəl ilk yoxlama matçında "Rapid"lə (Rumıniya) 2:2 hesablı heç-heçə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest