Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş avtomobil qəzasında həlak olan Dioqo Jota və onun qardaşı Andre Silva haqda danışıb.

Matc.az xəbər verir ki, "A Bola" nəşrinə danışan portuqaliyalı mütəxəssis həmyerlilərinin ailələri üçün dua etdiyini bildirib:

“Hər kəs Dioqonun keyfiyyətlərini bilirdi, o, böyük iş etikası, güclü və fərqli xarakterə malik, əla komanda ruhu və işində böyük əzmkarlıq göstərən təvazökar oğlan idi. Buna görə də o, bu cür nailiyyətlər əldə etmişdi. Əgər Dioqo milli komandaya düşmüşdüsə, deməli, o, buna layiq idi. Onu çoxdan izləyirdilər. Dioqo milli komandaya 22 yaşında gəlmişdi. Hamı Jotanın futbolçu kimi tarixçəsini yaxşı bilir. Bu faciəvi hadisəyə məruz qalan ailənin ağrısını hamımız bölüşməliyik. Valideynlər iki oğlunu, xanımları ərlərini itirdi, uşaqlar isə atasız qaldı. Onun və qardaşı üçün dua edirəm. Allah ruhlarını şad etsin. Mən onun ailəsi üçün dua edirəm ki, onlar bu durumdan möhkəm çıxa bilsinlər. Asan vəziyyət deyil. Bu, heç vaxt asan olmayacaq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest