05 İyul 2025, 20:46
FUTBOL
"Nottingem Forest" klubu Botafoqonun və Braziliya millisinin hücumçusu İqor Xesusun transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2029-cu ilin yayına kimi hesablanıb və daha bir mövsüm uzadılması mümkündür. Transfer məbləği 11,5 milyon avro olub.
Qeyd edək ki, ötən mövsüm Xesus bütün turnirlərdə 29 oyun keçirib, 9 qol vurub və bir məhsuldar ötürmə edib.