"Mançester Siti"nin vingeri Cek Qriliş karyerasını Türkiyənin "Beşiktaş" klubunda davam etdirə bilər.

Matc.az xəər verir ki, bu barədə məlumatı "Fanatik" nəşri paylaşıb.

Transfer məbləği 28 milyon avro ola bilər. 2021-ci ilin yayında "Mançester Siti" yarımmüdafiəçi üçün "Aston Villa"ya 117 milyon avro ödəyib.

Qeyd edək ki, ingilis futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" onun dəyərini 28 milyon avro olaraq qiymətləndirir. Ötən mövsüm Qriliş "Mançester Siti"nin heyətində bütün turnirlərdə 32 matçda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest