Qadın voleybolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti sınağına çıxıb. Matc.az xəbər verir ki, Qızıl Avropa Liqası turnirində mübarizə aparan komandamız III tur çərçivəsində Finlandiya ilə qarşılaşıb.

Öncə keçirdiyi görüşlərdə Minskdə Belarusa (2:3), ardından doğma divarlar arasında İspaniyaya (0:3) boyun əyən millimiz bu dəfə də qələbəyə həsrət qalıb. Bununla da Covanni Kaprararın başçılıq etdiyi komandamız turnir cədvəlində sonuncu pilləyə yuvarlanıb.

 

Qızıl Avropa Liqası

C qrupu, III tur

Azərbaycan – Finlandiya - 1:3 (17:25, 16:25, 25:19, 22:25)
Hakimlər: Özmen Yıldız Hatice  (Türkiyə), Zaur Hacıyev  (Azərbaycan)
Bakı Voleybol Mərkəzi
 

1.

Belarus

3

3

0

9:3

8

2.

İspaniya

3

2

1

7:4

6

3.

Finlandiya

3

1

2

4:7

3

4.

Azərbaycan

3

0

3

3:9

1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest