"Mançester Yunayted" "Leypsiq"in sol cinah müdafiəçisi David Raumu yenidən transfer hədəfinə çevirib.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" portalı məlumat yayıb.

Bildirilir ki, futbolçu özü də "qırmızı şeytanlar"ın düşərgəsinə keçmək niyyətindədir. Lakin bu transferdə İngiltərə klubunun ciddi rəqibi var. İtaliya "Yuventus"u da Raumu heyətinə qatmaq uğrunda mübarizəyə qoşulub.

"Leypsiq"in müdafiəçinin transferi ilə bağlı danışıqlara minimum 30 milyon funt-sterlinq (35 milyon avro) məbləğindən başlamağa hazır olduğu vurğulanır.

Futbolçunun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Cari mövsümdə Raum bütün turnirlərdə altı matçda meydanda olub. "Transfermarkt" portalında oyunçunun hazırkı dəyəri 25 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest