08 Sentyabr 2025, 10:05
FUTBOL
"Beşiktaş"ın müdafiəçisi Tayyip Talha Sanuç Super Liqada klubunu dəyişib.
Matc.az xəbər verir ki, İstanbul nəhəngi 25 yaşlı futbolçunu "Qaziantep"əicarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünü icarə əsasında Qaziantep təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Beşiktaş" Tayyip Talha Sanuçu 2022-ci ilin yayında "Adana Demirspor"dan transfer edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.