08 Sentyabr 2025, 10:23
FUTBOL
"Fənərbaxça"nın futbolçusu Edson Alvares sıradan çıxıb.
Matc.az xəbər verir ki, yarımmüdafiəçi Meksika millisinin Yaponiya ilə keçirdiyi yoldaşlıq oyununda zədələnib.
27 yaşlı oyunçu dizindən zədə alıb. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Edson Alvaresi ötən ay "Vest Hem"dən icarəyə götürüb. Təcrübəli futbolçu 1 oyunda meydana çıxıb.