08 Sentyabr 2025, 11:59
FUTBOL
"Mançester Yunayted"in qapıçısı Andre Onana karyerası Türkiyədə davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Trabzonspor" kamerunlu qolkiperin keçidini həll edib. Super Liqa təmsilçisi həm İngiltərə klubu ilə, həm də Onana ilə razılıqq əldə edib.
29 yaşlı qolkiper Türkiyə klubunda icarə əsasında çıxış edəcək. Onun maaşı "Mançester Yunayted"də aldığı ilə eyni olacaq. Lakin "Trabzonspor" təcrübəli "əlcək sahibi"nə imza pulu və əlavə bonuslar da ödəyəcək.