"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Niderlandlı futbolçu sağ ayaq əzələsindən zədə alıb. Onun yaşıl meydanlara qayıdış tarixi müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, 28 yaşlı Frenki de Yonq bu mövsüm "Barselona"nın heyətində 2 La Liqa matçında 180 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest