10 Sentyabr 2025, 20:34
FUTBOL
Danimarkalı mərkəz yarımmüdafiəçisi Kristian Eriksenin karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Tipsbladet" paylaşıb.
Bildirilir ki, Eriksenin yeni klubu "Volfsburq" olacaq. Tərəflər arasında müqavilə razılaşdırılıb və tibbi müayinədən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Eriksenin İngiltərənin "Mançester Yunayted" klubu ilə müqaviləsi yayda başa çatıb.
Ötən mövsüm 33 yaşlı danimarkalı futbolçu bütün turnirlərdə 35 matçda iştirak edib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.