11 Sentyabr 2025, 10:09
FUTBOL
"Əl-Şəbab" "Milan"ın müdafiəçisi Yasin Adlini transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi fransalı futbolçu üçün İtaliya klubuna 8 milyon avro təzminat ödəyib. 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yasin Adli ötən mövsüm icarə əsasında "Fiorentina"da çıxış edib.