A Seriyasında avqustun ən yaxşı məşqçisi "Kremoneze"nin çalışdırıcısı Davide Nikola seçilib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionatının elit divizionunun mətbuat xidməti məlumat yayıb.

"Kremoneze", "Milan" (2:1) və "Sassuolo" (3:2) üzərində qələbə qazanaraq, A Seriyasının yeni mövsümünə uğrulu start verib.

Nikola üçün bu, "Kremoneze"nin baş məşqçisi kimi ilk matçları idi. O, bu ilin yayında "Kalyari"dən ayrılaraq komandaya rəhbərlik edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest