UEFA "Barselona"nın baş məşqçi Hans-Diter Flik və onun köməkçisi Markus Sorqun diskvalifikasiyası ilə bağlı şikayətini qismən təmin edib.

Matc.az xəbər verir ki, onlar avqustun 8-də Çempionlar Liqasının yarımfinalında "İnter"lə oyundan (3:4) sonra ümumi davranış prinsiplərini və əsas davranış qaydalarını pozduqlarına görə bir Avropa oyunu üşün diskvalifikasiya edilib və 20 min avro cərimələnib.

UEFA Apellyasiya Komitəsi Flik və Sorqun cəzasını şərti diskvalifikasiya ilə əvəz etsə də, cəriməni qüvvədə saxlayıb.

Beləliklə, Flik sentyabrın 18-də Çempionlar Liqasında "Nyukasl" ilə matçda komandası ilə birlikdə olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest