"Mançester Siti"nin müdafiəçisi Rayan Ait-Nuri dizindən zədə alıb və bir neçə oyununu buraxmalı olacaq.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.

Zədənin təfərrüatları barədə məlumat verilmir, lakin əlcəzairli futbolçusunun 5 həftə futboldan uzaq qalacağı məlumdur.

Qeyd edək ki, Ait-Nuri "Mançester Siti"yə bu yay 37 milyon avroya "Vulverhempton"dan keçib. Müdafiəçi transferdən sonra 6 oyun keçirib və bir məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest