Məhz azərbaycanlılarla görüşlər komandanı qrupda saxlamışdı. "Brügge" də bu gün ikinci "Qarabağ" olmaq istəyindədi. Nəzərə alaq ki, Belçika klubu daha güclüdü.

çempionlar Liqasının qrup mərhələsində bu gün "Atletiko"nun qonağı olacaq "Brügge" Madriddə sensasiya etmək niyyətindədi. Matç.az-ın AS nəşrinə istinadən məlumatına görə, Belçika təmsilçisi bu baxımdan "Qarabağ"ı özünə örnək götürür.
 
Azərbaycan çempionunun ötən mövsüm çempionlar Liqasının qrupunda "Atletiko"nu büdrətməsini xatırladan ispaniyalı həmkarlarımız bunun təkrarlanmasından narahatdılar: "Qarabağ" ötən mövsüm "Vanda Metropolitano"dan xalla ayrılmağı bacarmışdı. Məhz azərbaycanlılarla görüşlər komandanı qrupda saxlamışdı. "Brügge" də bu gün ikinci "Qarabağ" olmaq istəyindədi. Nəzərə alaq ki, Belçika klubu daha güclüdü. Bu üzdən Dieqo Simeonenin komandasının işi asan olmayacaq".
 
Qeyd edək ki, "Atletiko" – "Brügge" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest