15 Sentyabr 2025, 10:25
FUTBOL
İspaniya La Liqasında 4-cü turun oyunları davam edir.
Matc.az xəbər verir ki, son çempion "Barselona" öz meydanında "Valensiya"nı qəbul edib. Qarşılaşma Kataloniya təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 10-a yüksəldən "Barselona" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 4 xalı olan "Valensiya" isə 15-ci yerdədir.
"Barselona" - "Valensiya" 6:0
Qollar: Fermin Lopes, 29, 56, Rafinya, 53, 66, Robert Levandovski, 76, 86