15 Sentyabr 2025, 11:59
FUTBOL
“Liverpul” İngiltərə Premyer Liqasının IV turunda səfərdə “Bernli”ni 1:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin yeganə qolunu vuran Məhəmməd Salah adını klubun tarixinə yazdırıb.
Misirli vinger "qırmızılar"ın heyətində Premyer Liqada penaltidən 35-ci qolunu vurub. Salah bu göstəricidə rekorda sahib çıxıb.
Daha əvvəl “Liverpul”da ən çox penaltidən qol vuran oyunçusu 34 dəfə fərqlənən Billi Liddell idi.