16 Sentyabr 2025, 10:58
FUTBOL
"İnter"in müdafiəçisi Denzel Dumfris karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Mançester Siti" niderlandlı futbolçunu transfer etmək istəyir. "Şəhərlilər" 29 yaşlı sağ cinah müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Denzel Dumfris bu mövsüm "İnter" forması ilə keçirdiyi 5 oyunda 1 qol vurub.