"Borussiya" (Münhenqladbax) baş məşqçi Xerardo Seoane ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İsveçrəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Xerardo Seoane 2023-cü ilin yayında "Borussiya"nın baş məşqçisi təyin olunmuşdu. Komanda Almaniya çempionatında keçirdiyi 3 oyunda 1 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest