16 Sentyabr 2025, 12:54
FUTBOL
"Mançester Siti"nin sabiq futbolçusu Benjamin Mendi karyerasını Polşada davam etdirəcək.
Matc.az xəbər bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Fransalı sol cinah müdafiəçisi "Poqon"la anlaşıb. 31 yaşlı oyunçu Ekstraklasa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Benjamin Mendinin son klubu İsveçrədə "Sürix" olub. Təcrübəli futbolçu Fransa millisində 10 oyun keçirib.