16 Sentyabr 2025, 15:12
FUTBOL
"Roma"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Paulo Dibala sıradan çıxıb.
Argentinalı futbolçu A Seriyasının 3-cü turunun "Torino" ilə matçında zədələnib. Dibala təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
31 yaşlı oyunçu həftəsonu "Latsio" ilə keçiriləcək derbidə iştirak etməyəcək.
Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Roma"nın heyətində 3 oyunda meydana çıxıb.