16 Sentyabr 2025, 18:00
FUTBOL
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, U-15 Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də Binə stadionunda keçiriləcək.